Instagram az baxış sayına sahib videoları aşağı keyfiyyətdə sərgiləyəcək
Sosial Media
28.10.2024
Emil
Instagram videolar ilə bağlı yeni siyasətini işə salır. Belə ki, Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bundan sonra Instagram daxilində yalnız məşhur videolar yüksək keyfiyyətdə əks olunacaqlar. Daha az baxış sayına sahib videolar isə daha aşağı keyfiyyətdə əks olunacaqlar. Mosseri bildirib ki, Instagram videoları mümkün olan ən yüksək keyfiyyətdə sərgiləməyə çalışır. Lakin əgər video əvvəldən o qədər də yüksək baxış sayı yığa bilmirsə, onun keyfiyyəti bir qədər aşağı salına bilər.
Instagram rəhbəri qeyd edib ki, baxışların çoxu videonun paylaşıldığı ilk saatlarda gəlir. Əgər Instagram alqoritmi təyin etsə ki, video böyük diqqətə sahib deyil, sosial şəbəkə daha az resurs tələb edən video kodlaşdırmasından istifadə edəcək. Nəticədə az baxış sayına sahib video bir qədər aşağı keyfiyyətdə əks olunacaq. Qeyd etmək lazımdır ki, bu ideya heç də yeni bir ideya deyil. Belə ki, hələ keçən il Meta şirkəti bildirmişdi ki, o, paylaşılan kontentin məşhurluğundan asılı olaraq müxtəlif keyfiyyət ayarlarını tətbiq edir.
Bu cür qərar bəzi istifadəçilər tərəfindən heç də xoş qarşılanmayıb və tənqid edilib. İstifadəçilər narahatdırlar ki, bu qərar videokontent ilə məşğul olan məşhur şəxslər ilə o qədər də məşhur olmayan şəxslər arasındakı boşluğu daha da genişləndirəcək. Məşhur blogerlər daha keyfiyyətli kontenti təqdim edərək böyüməkdə davam edəcəklər. Lakin bu işə yenicə başlayan şəxslər kölgədə qala bilərlər. Lakin Mosseri bildirib ki, kontentlərdəki keyfiyyət arasında fərq nəzərə çarpan deyil.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Meta, xüsusilə gəncləri qorumaq üçün sosial media platforması olan Instagram-a mühüm təhlükəsizlik yeniləmələri gətirir. Şirkət indi də DM-dan ekran şəkli çəkənləri platformadan uzaqlaşdıracaq.
Təhlükəsizlik
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
Sosial Media
Instagram yeni funksiyası ilə valideyn nəzarəti imkanını gücləndirib
Instagram yeniyetmə istifadəçilərin qorunmasına və onlar üzərində valideyn nəzarətinin gücləndirilməsinə istiqamətlənmiş Teen Accounts adlı yeni funksiyasını istifadəyə verib.
Sosial Media
Meta-dan şok etiraf: "Bütün şəkilləriniz əlimizdədir!"
Meta, süni intellekt təlimi üçün Facebook və Instagram proqramlarındakı istifadəçi məlumatlarından istifadə etdiyini etiraf edib.
Sosial Media
Instagram-da Strories paylaşımlarına şərh bildirmək funksiyası istifadəyə verilib
Instagram Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. Söhbət, Stories paylaşımlarına şərhlərin bildirilməsindən gedir.
Ən çox oxunanlar