Logo
    main-post-cover

    “Instagram” bəyəniləriniz bu səbəbdən azalmış ola bilər!

    Sosial Media
    13.06.2017
    Orxan
    “Instagram” bəyəniləriniz bu səbəbdən azalmış ola bilər!
    “Instagram”ın, səssiz sədasız “Shadowban” tətbiqini dövrəyə aldığı deyilir. Yaxşı, nədir bu Shadowban? Bəyənmələr Shadowban səbəbindən azala bilərmi?
     Populyar sosial media platforması olan “Instagram”, bu günlərdə istifadəçi müqaviləsində yazmayan ancaq gizlidən gizliyə tətbiq olunan “Shadowban” sistemi ilə gündəmə gəlməyə başladı. Yaxşı, nədir bu Shadowban?
    Shadowban adından da aydın olacağı kimi kölgə banı olaraq keçir. Bu üsul ilə Instagram sizi səssiz sədasız banlayır. Ancaq bu banlama birbaşa olaraq hesaba olmadığı üçün aydın şəkildə bilinməsi mümkün deyil.
    Shadowban banına məruz qalan  istifadəçilərin yazıları; Instagram paylaşımları və hashtag-ləriniz görünmür. Bildiyiniz kimi bəyənmə və izləyici artırmaq üçün fərqli hashtag-lərdən  istifadə edilir. Xüsusilə firmalar reklam məqsədli bir hashtag tapır və bunu ödəniş qarşılığında Instagram-da yayımlayırlar.
    Instagram bunun qarşısını almaq üçün bu tərz hashtag-lərdən  istifadə edildiyi yazıları Shadowban sistemi ilə digər istifadəçilərdən gizləyir.
    Shadowban-a məruz qalmamaq üçün  əlaqəsiz onlarla hashtag yazmamağı tövsiyə edilir. Əgər Shadowban tətbiqinə məruz qalıb qalmadığınızı maraq edirsinizsə; buradakı saytdan asanca öyrənə bilərsiniz.

    Paylaş
    Bənzər xəbərlər