Logo
    main-post-cover

    Instagram'da fotoları müəyyən ölkələrə üzrə aktiv və ya deaktiv etmək mümkün olacaq

    Sosial Media
    20.09.2018
    Emil
        Məşhur Instagram fotoservisi geolokasiya məhdudiyyətləri funksiyasını test edir. Bu funksiya sayəsində insanlar öz fotolarını və Stories paylaşımlarını yalnız müəyyən ölkə istifadəçiləri üçün aktiv edə biləcəklər. Bu barədə The Next Web saytı tərtibatçı Jane Wong-a istinadən xəbər verib. Çox güman ki, bu yeni funksiya daha çox brendlər üçün faydalı olacaq. Belə ki, onlar öz paylaşımlarının görülmə auditoriyasını məhdudlaşdıra biləcəklər. Bundan əlavə olaraq bu yeni funksiya sayəsində müxtəlif brendlər öz paylaşımlarını yalnız müəyyən ölkələr üzrə görülə bilən edə biləcəklər. Geolokasiya məhdudiyyəti funksiyası barəsində servis hələki rəsmi məlumat verməyib. Buna görə də məlum deyil ki, həmin funksiyadan nə zaman istifadə etmək mümkün olacaq. Lakin bu funksiyanın test edilməsi onu göstərir ki, Instagram istifadəçilərin geolokasiya məlumatlarından daha çox istifadə etmək strategiyasına keçid edib.

    Paylaş
    Bənzər xəbərlər