
Instagram-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası istifadəyə verilib
Sosial Media
05.03.2024
Emil
Bir çox messencerlərdə olan vacib funksiyalardan biri sonunda Instagram-a da gəldi. Belə ki, bundan sonra Instagram istifadəçiləri göndərmiş olduqları mesajları redaktə edə biləcəklər. Daha öncə istifadəçi Instagram-da göndərmiş olduğu mesajı redaktə etmək imkanına sahib deyil idi. Bu halda istifadəçi artıq göndərmiş olduğu mesajı silməli və səhvlərin olmadığı mesajı yenidən göndərməli idi. İndi isə istifadəçi göndərmiş olduğu mesajı göndəriləndən sonrakı 15 dəqiqə ərzində redaktə etmək imkanına sahib olacaq. Bunun üçün göndərilmiş mesajın üzərinə klikləyərək saxlamaq lazımdır. Bu halda istifadəçiyə mesajın redaktə olunması bəndi təqdim ediləcək. Bununla belə çatda bu və ya digər mesajın redaktə olunduğu qeyd ediləcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
