
Instagram'da paylaşımı eyni anda bir neçə Instagram hesabında etmək mümkün olacaq
Sosial Media
10.01.2019
Emil
Instagram tərtibatçıları məşhur fotoservisdə yeni faydalı funksiyanı istifadəyə veriblər. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə məlumata əsasən Instagram-da bir paylaşımı eyni anda bir neçə Instagram hesabında etmək mümkün olacaq. Bunun üçün istifadəçi foto və ya videonu yükləməli, lazım gəldikdə onu redaktə etməli və paylaşmaq anına gələndə hesablar siyahısında ona lazım olan hesabları seçərək paylaşımı etməlidir.
Bu halda paylaşılan post seçilmiş hər bir Instagram hesabında eyni anda paylaşılacaq. Bununla yanaşı eyni anda paylaşım üçün istənilən sayda Instagram hesabını seçmək olar. Sözügedən yeni funksiya artıq bir sıra iOS istifadəçiləri üçün aktiv edilib. Funksiyanın Android üçün nə zaman aktiv ediləcəyi isə bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
