main-post-cover

    Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq

    Sosial Media
    16.11.2023
    Emil Nəcəfov
         Instagram yaxın dostlar (Close Friends) funksiyasının imkanlarını genişləndirmək qərarına gəlib. Belə ki, bu funksiyaya postların və Reels videoların paylaşılması daxil edilib. Beləliklə bundan sonra istifadəçilər öz postlarını və Reels videolarını yalnız yaxın dostları üçün paylaşa biləcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya may ayından hazırlanma prosesində idi. İndi isə onun Instagram istifadəçiləri arasında tədricən istifadəyə verilməsinə start verilib. Yeni funksiya vasitəsilə istifadəçilər öz paylaşımlarına baxışları yalnız yaxın dostları arasında məhdudlaşdıra biləcəklər. Sadəcə olaraq paylaşımı hazırlayan zaman auditoriya olaraq yaxın dostları seçmək kifayət edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
    avropa-birliyi-facebook-ve-instagram-da-hedeflenmis-reklam-praktikasini-tamamile-qadagan-ede-biler