Logo
    main-post-cover

    Instagram-da videolara süni zəka vasitəsilə müxtəlif dəyişikliklər əlavə etmək mümkün olacaq

    Sosial Media
    24.12.2024
    Emil
         Instagram yaxın zamanda süni zəka əsaslı yeni funksiyanı istifadəyə verəcək. İsitfadəyə veriləcək funksiya Instagram daxilində videolara dəyişikliklər əlavə etməyə imkan verəcək. Həmin dəyişikliklər süni zəka üzərindən reallaşdırılacaq və bunun üçün sadəcə olaraq mətn formatında sorğuların qeyd edilməsi lazım gələcək. Sözügedən yeni funksiya Movie Gen adlanır. İstifadəçi videoda etmək istədiyi dəyişikliyi sadəcə olaraq bir neçə sözlə ifadə edərək planlaşdırılan dəyişikliyi videoya əlavə edə biləcək.
         Instagram CEO-su Adam Mosseri tərəfindən təqdim edilmiş videoda bu yeni funksiyanın imkanları əks olunub. Videodan da görmək olar ki, istifadəçi Instagram-a bu və ya digər videonu yüklədikdən sonra Movie Gen filtrini aktivləşdirə və daha sonra videoda etmək istədiyi dəyişikliyi mətn formatında qeyd edə bilər. İstifadəçi Movie Gen funksiyası vasitəsilə videonun istənilən özəlliyini dəyişə bilər. Videoda əks olunan hər hansısa şəxsin geyimindən tutmuş videonun fon görüntüsünə kimi. Funksiyanın əsas məqsədi istifadəçilərə videoların sürətli redaktəsi imkanını verməkdir.
    View post on Instagram
     
    Paylaş