Instagram-da yenilik. Bundan sonra Stories-ə istədiyiniz foto və videonu yükləyə biləcəksiniz

Instagram-da yenilik. Bundan sonra Stories-ə istədiyiniz foto və videonu yükləyə biləcəksiniz

Sosial Media
09.11.2017 PAYLAŞIM

Instagram yalnız 24 saat əvvəl çəkilmiş foto və ya videonu Stories bölməsinə əlavə edilməsi qaydasını ləğv edib.

Bu yenilik olmamışdan öncə Instagram -ın Stories bölməsinə yalnız son 24 saat ərzində çəkilmiş foto və videonu yükləmək mümkün idi. Bu zaman tətbiq foto və videonun metaməlumatlarını yoxlayırdı. Buna görə də Instagram istifadəçiləri bir sıra hiylələrə əl atırdılar. Məsələn, onlar hansısa fotonun screenshotunu çəkir və ya köhnə videonun çəkiliş tarixini dəyişirdilər. İndi isə bunu etməyə ehtiyac qalmayıb.



Belə ki, Stories bölməsinə istənilən foto və videonu yükləmək olar. Lakin köhnə materialların yüklənməsi zamanı tətbiq həmin materialların hansı tarixdə çəkildiklərini əks etdirəcək stikerin əlavə olunmasını təklif edəcək. Bu üsulla Instagram yaradıcıları insanların öz abunəçiləri ilə səmimi olmalarına imkan yaradır. Bu yenilik həmçinin əsas səhifəyə foto paylaşıb daha sonra onu pozanlara da yönəlib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×