Reklam
Instagram'da YouTube servisinin analoqu və digər istifadəçilərin Stories'lərinin paylaşılması

Instagram'da YouTube servisinin analoqu və digər istifadəçilərin Stories'lərinin paylaşılması

Sosial Media
10.06.2018 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Instagram-a yaxın zamanda 1 saat xronometraja sahib videoları yükləmək olacaq. İndi isə məlum olub ki, tərtibatçılar Instagram-a YouTube kimi video bölməsi əlavə edə bilərlər. Gələcəkdə istifadəçilər Instagram-a hətta 4K formatlı 5-15 dəqiqəlik tam ekranlı və ya şaquli videoları yükləyə biləcəklər. Bu cür videokontentləri həm professional bloqqerlər həmdə adi istifadəçilər yükləyə biləcəklər. Bununla yanaşı bu cür videoların müəllifləri həmin videolar sayəsində pul da qazana biləcəklər.

    Məsələn videoya baxan zaman istifadəçi barmağı ilə videonu yuxarı sürüşdürərək müəllifin saytına və ya öncədən linki qoyulmuş hansısa internet mağazasına daxil ola biləcək. Bu funksiyanın nə zaman reallaşdırılacağı hələki bilinmir. Çünki Instagram hələ reklam verənlərlə müqavilə bağlamayıb. Yeni funksiyaların anonsunun isə 20 İyun tarixində baş tutacağı güman olunur. Bununla yanaşı Instagram Stories bölməsinə yeni funksiya əlavə olunub. Belə ki, istifadəçilər bundan sonra digər istifadəçilərin Stories paylaşımlarını öz Stories-lərində paylaşa  biləcəklər.

Bənzər xəbər



    Yeni funksiya Instagram-ın həm Android həmdə iOS versiyalarında aktivdir. Bu yeni funksiya @mention Sharing adlanır. Digər istifadəçinin Stories paylaşımını yalnız o halda öz Stories bölməsində paylaşmaq olacaq ki, ilk paylaşımı etmiş şəxs ikinci şəxsi paylaşımda @ işarəsi vasitəsilə tag etmiş olsun. Bunu etdikdən sonra paylaşımı etmiş müəllifə belə bir bildiriş gələcək: “Adı çəkilmiş istifadəçilər növbəti 24 saat ərzində bu Stories paylaşımını öz Stories-lərində paylaşa bilərlər”.

    Paylaşımda tag olunmuş istifadəçi isə linkli mesaj və belə bir bildiriş əldə edəcək: “Bunu öz Stories bölmənizə əlavə etmək”. Nəticədə istifadəçi həmin təklif olunan Stories paylaşımına mətn, stiker və ya foto əlavə edərək onu öz Stories bölməsində paylaşa biləcək. Stories paylaşımını ilk dəfə paylaşmış istifadəçi də öz növbəsində ikinci şəxs tərəfindən paylaşılmış Stories paylaşımında tag olunacaq. Qeyd etmək lazımdır ki, bu funksiyadan yalnız hesabı public olan istifadəçilər istifadə edə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×