main-post-cover

    Instagram'dakı bağlı hesabların paylaşımlarına və Stories'lərinə baxmaq mümkün olubmuş

    Sosial Media
    11.09.2019
    Farid Pardashunas
        Instagram-da olan bağlı istifadəçi hesablarının paylaşımlarına və Stories-lərinə bir neçə klik ilə baxmaq mümkün olubmuş. Bu barədə Buzfeed saytı xəbər verib. Bu sistem boşluğundan bağlı istifadəçi hesabına sahib şəxsin istənilən dostu istifadə edə bilər. Beləliklə bağlı istifadəçi hesabına sahib şəxsin paylaşımlarının və Stories-lərinin aktiv linklərini əldə etmək üçün sadəcə olaraq həmin istifadəçinin hesabını brauzerdə açmaq lazımdır. Daha sonra isə brauzerin tərtibatçı panelini işə salmaq lazımdır. Bunu isə siçanın sağ düyməsinə klik edərək “Koda baxmaq” bölməsinə keçid etmək lazımdır.
        Bunu sadəcə olaraq F12 düyməsinə klikləyərək də etmək olar. Beləliklə açılacaq tərtibatçı panelində Network qovluğu, həmin qovluğun daxilində isə Img bölməsi var. Sözügedən Img bölməsində veb səhifənin foto və ya videosunun URL ünvanı yerləşir. Bu linkdən olan kontent isə istənilən internet istifadəçisi üçün açıqdır. Hətta əgər kontent bağlı Instagram hesabında paylaşılıbsa belə.
        Buzfeed bildirib ki, link vasitəsilə hətta Instagram istifadəçisinin sildiyi kontent də ortaya çıxırmış. Bura həmçinin 24 saatdan sonra avtomatik olaraq silinən Stories paylaşımları da daxildirlər. Belə ki, Stories paylaşımlarının linkləri br neçə gün, ana səhifədə edilmiş paylaşımlar isə daha çox müddət aktiv şəkildə qalırlar. Məlumatda qeyd edilib ki, bu cür üsul həmçinin Facebook-dakı bağlı paylaşımlar üçün də çalışır. Facebook şirkəti bildirib ki, bu sistem boşluğundan suistifadə edilmiş hallara rast gəlinməyib. Buna baxmayaraq şirkət artıq bu sistem boşluğunu aradan qaldırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər