
Instagram Direct'ə səsli mesajlar funksiyası gəldi
Sosial Media
10.12.2018
Emil
Instagram servisi bütün dünyada yeni funksiyasını istifadəyə verməyə başlayıb. Söhbət, Instagram Direct-də səsli mesajların göndərilməsi funksiyasından gedir. Beləliklə Instagram Direct-də səsli mesaj göndərmək üçün mətn yazma hissəsində mikrofon işarəsinə klikləmək lazımdır. Lakin istifadəçi maksimum 1 dəqiqəlik səsli mesaj göndərə bilər. Səsli mesajlara bir neçə dəfə qulaq asmaq olar və onlar Instagram Direct-dən itmirlər. Səsli mesajları həm fərdi çatlarda həmdə qrup çatlarında göndərmək mümkündür. Yeni funksiya həm Android həmdə iOS sistemli Instagram üçün aktiv edilib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
