
Instagram funksiyalarından biri WhatsApp-a gəlir
Sosial Media
05.01.2018
Emil
Görünür, “Facebook” bir Stories paylaşımını hər 3 sosial şəbəkədə paylaşmaq imkanını istifadəçilərə vermək istəyir.
İstifadəçilər bildiriblər ki,
şirkət cross-post Stories funksiyasının testini edir. Bu funksiya sayəsində Instagram-da
paylaşılmış Stories paylaşımını birbaşa WhatsApp statusunda yerləşdirmək
olacaq. Təqdim olunmuş fotoda Stories bölməsinin aşağı sol hissəsində yeni özəllik
qeyd olunub. Beləliklə istifadəçilər Instagram-da Stories yaradandan sonra onu
Facebook, Messenger və WhatsApp-da
paylaşa biləcəklər. Bu, sözügedən platformalardan istifadə edən
insanların işini rahatlaşdıracaq. Lakin eyni bir paylaşımı hər 3 platformanın
ana səhifəsində görmək bir qədər bezdirici olmazmı?

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
