
Instagram-ın canlı yayımına yeni funksiya gəlir
Sosial Media
22.09.2017
Emil
Kimisi onları sevir, kimisi onlara nifrət edir. Lakin əksəriyyəti onların haqqında bilir və onlardan istifadə edir.
Bundan sonra Instagram-dakı rəngli
filtrləri və stikerləri, canlı yayım zamanı əlavə etmək mümkün olacaq. Daha öncə
bu cür funksiya, Facebook Live-da aktiv idi və onun, Instagram-a əlavə edilməsi
sadəcə olaraq vaxt məsələsi idi. Canlı yayımdan öncə və ya canlı yayım zamanı
yeni funksiyadan istifadə etmək üçün ekranın aşağı sağ hissəsində üz formasında
olan düyməyə klikləmək lazımdır. Daha sonra redaktə etmək istədiyiniz hissəni
seçərək təqdim olunacaq filtr, stiker və ya effektin üzərinə klikləyin. Yeni
funksiya mütəmadi olaraq bir çox istifadəçilər üçün aktiv olacaq və növbəti həftələr
ərzində artıq bütün istifadəçilər üçün təqdim olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
