
Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu
Sosial Media
08.10.2019
Emil
Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode rejimini təqdim ediblər. Android-də olduğu kimi iOS-də də Instagram servisi qatı qara rəng interfeysini əldə edib və bu cür rəng OLED ekranlı iPhone modelləri üçün çox yaxşı yarayır. Bu barədə 9to5mac saytı xəbər verib. Dark Mode rejimini istifadəçi özü aktivləşdirə bilməz. Həmin rejim smartfonun sistem səviyyəsində Dark Mode rejiminə keçid etməsi halında avtomatik olaraq aktivləşdirilir. Buna görə də sözügedən rejim yalnız iOS 13 əməliyyat sistemində çalışacaq. Dark Mode rejiminə sahib Instagram-ı artıq App Store-dan yükləmək mümkündür.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
