Instagram istifadəçi hesabının bərpa olunmasının yeni üsulunu test edir

Instagram istifadəçi hesabının bərpa olunmasının yeni üsulunu test edir

Sosyal Medya
17.06.2019 PAYLAŞIM

    Məşhur Instagram servisi hack edilmiş istifadəçi hesablarının yeni bərpa üsullarını test edir. Bu isə öz növbəsində Instagram istifadəçilərinin işlərini asanlaşdırmalıdır. Bu barədə Engadget saytına istinadən Vc.ru saytı xəbər verib. Hack olunmuş istifadəçi hesabının bərpa olunması üçün sosial şəbəkə istifadəçidən həmin hesabın qeydiyyatlı zamanı qeyd olunmuş elektron poçt ünvanını və ya telefon nömrəsini tələb edəcək.

    Daha sonra sosial şəbəkə təqdim edilmiş elektron poçt ünvanına və ya telefon nömrəsinə 6 simvollu kod göndərəcək. Instagram bu kod vasitəsilə istifadəçi hesabının yad cihazdan bərpasına qadağa qoyacaq. İstifadəçi hesabının bu yeni bərpa üsulu həmdə zəmanət verir ki, hətta hack olunmuş istifadəçi hesabının adı və ya kontakt məlumatları dəyişdirildikdən sonra da hesabı bərpa etmək mümkün olacaq. Bunun üçün Instagram hesab adının müəyyən müddətlik dondurulması sistemini işə salacaq.

    Bunun sayəsində hansısa istifadəçi hesabı hack olunandan sonra onun adını müəyyən müddət ərzində dəyişmək mümkün olmayacaq. Instagram-da istifadəçi hesabının yeni bərpa üsulunun nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib. Lakin istifadəçi hesabının adının dəyişdirilməsinin bloklanması özəlliyi artıq Android-də və iOS-də aktivdir. Hal hazırda istifadəçi hesabının bərpa olunması üçün Instagram-ın təhlükəsizlik xidmətinə müraciət etmək lazımdır. Instagram əmindir ki, yeni üsul vasitəsilə istifadəçilər öz hesablarını tətbiq daxilində bərpa edə biləcəkllər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in 'Kabinetim' mobil tətbiqi yeniləndi!

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkən..


Instagram'a istifadəçi hesablarının kateqoriyaları funksiyası əlavə ediləcək..

Instagram sosial şəbəkəsi abunəçilərin rahat şəkildə idarə olunması üçün müəyyən kateqoriyalar üzrə ..


'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhəl..


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...