main-post-cover

    Instagram istifadəçi hesablarının mümkün silinməsi halı barəsində istifadəçiləri xəbərdar edəcək

    Sosial Media
    19.07.2019
    Emil Nəcəfov
        Instagram öz moderasiya siyasətinə bəzi dəyişikliklər əlavə edib. Bundan sonra bu sosial şəbəkə hansısa istifadəçi hesabının silinməsinə az qalmış həmin istifadəçi hesabının sahibini bu barədə xəbərdar edəcək. Bu barədə Vc.ru saytı xəbər verib. İstifadəçiyə yönləndiriləcək bildirişdə sosial şəbəkənin sildiyi paylaşımlar, rəylər və Stories-lər əks olunacaq.
        Bununla yanaşı Instagram onları nəyə görə sildiyini də qeyd edəcək. Məsələn Instagram öz qaydalarını pozan pornoqrafiya, qəzəbin artırılması, təhqir və s. tərz kontentləri silir. Bununla yanaşı Instagram istifadəçilərə sosial şəbəkənin qərarını həmin bildirişdə şikayət etmək imkanını da verəcək.
        İlk öncə istifadəçilər yalnız bəzi tərz kontentlərə görə appelyasiya verə biləcəklər. Daha sonra sosial şəbəkə kontentlərin müxtəlifliyini genişləndirəcək. Əgər hansısa paylaşım səhvən silinibsə Instagram onu bərpa edəcək. Hal hazırda Instagram istifadəçi hesablarını düzgün olmayan kontentlərin müəyyən faiz göstərici üzrə paylaşılmasına görə silir. İndi isə şirkət müəyyən vaxt aralığında qaydaları pozmuş istifadəçi hesablarını da bloklamağı planlaşdırır.
    Linki kopyala