
Əgər siz aktiv Instagram istifadəçisisinizsə və kənar tətbiqlərdən istifadə edirsinizsə, alternativ variantlar axtarmağa başlasanız yaxşı olar. Belə ki, sosial şəbəkə tətbiqin proqram interfeysini (API) dəyişir və istifadəçi məlumatlarına keçidi bağlayır. Bu barədə Techcrunch saytı xəbər verib. Instagram kənar tətbiqlərin istifadəçi məlumatlarını əldə etdikləri vaxtı azaldıb. Bundan sonra həmin tətbiqlər 1 saat ərzində 5000 sorğu deyil 200 sorğunu yerinə yetirə biləcəklər.
API dəyişiklikləri ucbatından bəzi
tətbiqlər isə hətta Instagram sistemindən də çıxarılacaqlar. Bu dəyişiklik ilk
öncə hashtag məhşurluqlarını analiz edən və ya hesabların abunəlik
yoxlanışlarını reallaşdıran tətbiqlər üçün əsl zərbə olacaq. Yeni qaydalar nəticəsində
bir çox tətbiqlər sadəcə olaraq öz işlərini görə bilməyəcəklər. Tətbiq sorğu
limitini keçdiyi halda onu Instagram sistemindən çıxardırlar. Bundan əlavə
olaraq Instagram gələcək API yenilənmələrində istifadəçilərin müəyyən məlumatlarına
keçid açmağı planlaşdırır.
Şərh yoxdur