Instagram öz sistemində boşluq aşkar edəcək şəxslərə pul mükafatı verəcək

Instagram öz sistemində boşluq aşkar edəcək şəxslərə pul mükafatı verəcək

Sosial Media
20.08.2019 PAYLAŞIM

    Məşhur Instagram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb. Bu barədə Business Insider saytı xəbər verib. 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə Facebook şirkəti pul mükafatı verməyə başlamışdı. “Facebook tərəfindən təqdim edilmiş bu proqramın genişləndirilməsi istifadəçilərin təhlükəsizlikləri yolunda vacib addım olacaq” - deyən Instagram servisinin aparıcı mühəndislərindən biri qeyd edib.

    Instagram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata əsasən Facebook-da sistem boşluğunun aşkar edilməsinə görə verilən pul mükafatının orta həcmi 1500$ təşkil edir. Hələ avqust ayının əvvəlində məlum olmuşdu ki, Instagram irimiqyaslı istifadəçi məlumatlarının sızdırılmasına yol verib. Belə ki, Hyp3er adlı marketinq şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri izləyir və Instagram qaydalarına zidd olaraq istifadəçilərin hesablarındakı məlumatları və Stories paylaşımlarını özündə saxlayırdı.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.

×