
Instagram profilləri üçün yeni funksiya gəldi
Sosial Media
22.03.2018
Nijat
Bildiyiniz kimi Technote olaraq artıq hər həftə Instagram ilə bağlı yeniliklərdən sizləri xəbərdar edirik. İstifadəçi kütləsini artırmağa çalışan sosiyal şəbəkə bir sıra yeniliklər ilə istifadəçilərin üzünü güldürə bilmişdi. Bu səfərki yenilik isə Instagram-dakı profillərimiz ilə birbaşa bağlıdı.
Artıq Instagram profillərimizin Bio hissəsində #hashtag və @Frohell şəklində başqa profillərə keçid qoymaq mümkündür.
Əvvəlki qaydalara nəzər salanda profilimizin Bio hissəsində sadəcə düz yazı istifadə edə bilərkən, yeni gələn funksiyalara əsasən artıq hashtag-lərdən və başqa profillərə keçid qoymaq kimi yenilikləri istifadə edə biləcik.

Qeyd etməliyik ki, başqa profilə keçid verdiyiniz zaman həmin profilə bildiriş gedəcək və həmin şəxs bu bildirişi qəbul etməsə siz onun profilinə keçid verə bilməyəcəksiz.. Bunu etməkdə əsas səbəb, insanların təhlükəsizliyini qorumaq və lazımsız şəxslər tərəfindən narahat edilməsinin qarşısını almaqdır. Yuxarıda sadaladığımız funksiyalar hal-hazırda istifadəçilərə tam şəkildə açıqdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
