Instagram servisi like saylarının gizlədilməsi funksiyasını test edir
Sosial Media
19.04.2019
Farid Pardashunas
Instagram fotoservisi paylaşımlara gəlmiş bəyənmə (like) saylarını digər istifadəçilərdən gizlətmə funksiyasını test etməyə başlayıb. Bu barədə Techcrunch saytına istinadən Rusbase saytı xəbər verib. "Biz, istifadəçilərin nə qədər bəyənmə yığdıqlarına deyil nə cür kontent paylaşdıqlarına diqqət ayırmalarını istəyirik" - deyə Instagram bildirib. Instagram təmsilçisi qeyd edib ki, bu hələ şirkətdaxili prototip funksiyadır və o, çoxlu sayda istifadəçilər tərəfindən test olunmur.
Şirkət düşünür ki, bəyənmə saylarının gizlədilməsi öz növbəsində istifadəçilərə qarşı olan təzyiqi aşağı salacaq. Belə ki, onlar özlərinin daha məşhur dostlarının bəyənmə sayları ilə öz bəyənmə saylarını müqayisə etməkdən imtina edəcəklər. Techcrunch bildirib ki, bəyənmə saylarının gizlədilməsi funksiyasının işə salınması halında istifadəçilər və reklam verənlər daha çox abunə və rəy sayına fikir verəcəklər. Bununla belə gizlədilmiş bəyənmə sayları hələ də paylaşımların ana səhifədə sıralanmasına təsir edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)