
Instagram Stories-ə yeni funksiyalar gəlib
Sosial Media
17.01.2018
Emil
Instagram-a gəlmiş yeni özəlliklərdən biri də yeni Stories tərzi paylaşımlardır.

Bu barədə Wabetainfo saytı xəbər
verib. Artıq bəzi istifadəçilər Type adlı qovluğu əldə ediblər. Bu qovluq sayəsində
Stories paylaşımına müxtəlif tərz mətnləri əlavə etmək mümkündür. Belə ki,
bunun üçün çoxlu sayda şrift və formatlar var. Beləliklə bundan sonra mətnlərlə
işləmək üçün smartfona kənar tətbiqləri yükləməyə ehtiyac yoxdur. Digər bir yeni
funksiya isə istifadəçinin Stories paylaşımının screenshot yaradılışı
bildirişidir.

Yəni əgər kimsə digər bir şəxsin Stories paylaşımını screenshot
etsə, həmin istifadəçi bu barədə bildiriş əldə edəcək. Çox güman ki, bu, təkrar
Stories kontentinin və ya ikinci istifadəçi tərəfindən olan Stories paylaşımın
arzuolunmaz yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Sosial şəbəkə
bir dəfə screnshoot edən zaman ikinci şəxsə bildiriş göndərmir. Bildiriş yalnız
ikinci screenshotdan sonra göndərilir. Birinci screenshot zamanı isə ekranda bu
cür bildiriş əks olunur: “Gələn dəfə Stories paylaşımının screenshotunu etdiyinizdə,
Stories-i paylaşmış şəxs bu barədə məlumatlandırılacaq”.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
