
Instagram Stories-ə yeni və maraqlı funksiya əlavə olundu
Sosial Media
07.07.2017
Emil
Instagram komandası, sözügedən tətbiq üçün yeni funksiya təqdim ediblər.

Bundan sonra istifadəçilər Stories paylaşımlarına foto və
video vasitəsilə cavab verə biləcəklər. Cavab kimi selfie fotolar, Boomerang videolar
və s.-dən istifadə etmək olar. Hansısa Stories paylaşımına cavab vermək üçün
istifadəçi, Stories paylaşıma baxan zaman yeni kamera düyməsinə klik etməlidir.
Stories paylaşımlarını redaktə etmək mümkün olduğu kimi onlara olan cavabları
da redaktə etmək mümkündür. Belə ki, istifadəçilər Stories cavablarına
maskalar, sitkerlər və s. əlavə edə bilərlər. Bundan əlavə olaraq həmin
cavablara Stories paylaşımlarının özünün kiçik versiyalarını yerləşdirmək
mümkündür. Stories bölməsinə əlavə edilmiş yeni funksiya hal hazırda həm iOS, həmdə
Android istifadəçiləri üçün aktivdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
