
Instagram-ın məşhur Stories funksiyasına yeni özəllik gəlib.
Bundan sonra Stories paylaşımları ayrıca qovluqda saxlanılacaq. Instagram Stories çox böyük məşhurluq qazanmışdır. Buna görə də servis tərtibatçıları daimi olaraq onu təkmilləşdirirlər. Əvvəllər Instagram Stories-də yalnız son 24 saat ərzində edilmiş foto və videoları paylaşmaq olurdu. Lakin keçən ay bu məhdudiyyət ortadan qaldırıldı. İndi isə bu funskiyaya yeni özəlliklər gəlib. Əvvəllər Stories paylaşımları 24 saatdan sonra avtomatik olaraq silinirdilərsə, bundan sonra bu paylaşımlar istifadəçinin hesabındakı xüsusi qovluqda saxlanacaq.
Instagram Stories-ə yeni funksiyalar əlavə olunub
Onlar istifadəçinin hələ
paylaşmadığı fotoların olduğu Arvix qovluğunda yerləşəcəklər. Bu halda Stories
paylaşımları xronoloji şəkildə saxlanacaq. Bundan əlavə olaraq Stories arxivindən
hamının görə biləcəyi ayrıca səhifə yaratmaq olar. Bu funksiya Stories
Highlights adlanır. İstifadəçi bu səhifəyə hansı Stories paylaşımının
düşüb-düşməyəcəyini özü müəyyən edəcək. Yeni Stories özəllikləri artıq iOS və
Android platformalarında aktidir.
Şərh yoxdur