Instagram üçün Group Story funksiyası test olunur

Instagram üçün Group Story funksiyası test olunur

Sosial Media
07.10.2019 PAYLAŞIM

    Instagram fotoservisi Group Story fuksiyasını test etməyə başlayıb. Həmin Stories paylaşımlarını isə istifadəçi tərəfindən seçilmiş abunəçilər görə biləcəklər. Bu barədə The Next Web saytı xəbər verib. Məşhur tərtibatçı olan Jane Manchun Wong sözügedən yeni funksiyanı Instagram-ın beta versiyalarından birində aşkar edib.

    Onun tərəfindən təqdim edilmiş fotodan da görmək olar ki, hansısa fotonu və ya videonu story-də yerləşdirməmişdən öncə həmin paylaşımı görəcək istifadəçiləri seçmək olar: Bütün istifadəçilər, yaxın dostlar və ya ayrıca abunəçilər qrupuna daxil olan istifadəçilər. Bu cür qruplardan bir neçəsini yaratmaq mümkündür.


    Sözügedən yeni funksiya müxtəlif maraqlar üzrə ayrılmış abunəçilərə sahib istifadəçilər üçün faydalı olacaq. Bu vasitə ilə həmin istifadəçilər konkret insanlara maraqlı olacaq Stories paylaşımlarını göstərə biləcəklər. Qey etmək lazımdır ki, Facebook-da da bu cür funksiya 2018-ci ilin dekabr ayında işə salınmışdı. Lakin keçən ay həmin funksiya Facebook-da aradan qaldırıldı

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..


Clubhouse-un Android versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub..

Məşhur Clubhouse sosial şəbəkəsinin həmtəsisçisi Paul Davison bildirib ki, tətbiqin Android versiyas..

×