main-post-cover

    Instagram üçün yeni filtrlər və funksiyalar anons edilib

    Sosial Media
    17.11.2023
    Emil Nəcəfov
         Instagram bir sıra yeni funksiyaları, 25 yeni filtri, Reels videolarının və istifadəçinin fərdi foto və videolarından stikerlərin hazırlanması alətlərini anons edib. İstifadəyə verilmiş yeni filtrlərin bir hissəsinin fotolardakı rəng tonlarının dəyişdirilməsi kimi kiçik dəyişiklikləri reallaşdırdığı halda, digər hissəsi onları daha detallı şəkildə redaktə etmək imkanını verir.
         Instagram sözügedən filtrləri istifadəçiləri fotoları VSCO PicsArt kimi tətbiqlərdə redaktə etmələri prosesindən azad etmək üçün əlavə edib. Yaxın zamanda istifadəçilər üçün həmçinin Reels videolarının hazırlanması mövzusunda əlavə alətlər təqdim ediləcək. Bunun üçün servis miqyaslama və videoların kəsimi kimi funksiyaları test edir. Bundan əlavə olaraq mövcud olan şriftlərə yenilərin əlavə edilməsi prosesi gedir. Yaxın zamanda isə istifadəçilərə fərdi foto və videolardan stikerlərin hazırlanması imkanı təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq
    instagram-da-postlari-ve-reels-videolarini-bundan-sonra-yalniz-yaxin-dostlar-ucun-paylasmaq-mumkun-olacaq
    Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
    avropa-birliyi-facebook-ve-instagram-da-hedeflenmis-reklam-praktikasini-tamamile-qadagan-ede-biler