
Instagramın veb versiyasına və tətbiqinə yeni özəlliklər gəldi
Sosial Media
01.09.2017
Emil
Bundan sonra istifadəçilər, Instagram-dakı Stories paylaşımlarına veb vasitəsilə də baxa biləcəklər.

Bundan əlavə olaraq tətbiqə bir sıra yeni filtrlər də əlavə
olunub. Veb versiyada Stories, tətbiqdəki kimi çalışır. Onlara baxmaq üçün ana
səhifənin yuxarısındakı dairəvi ikonlardan birinə klik etmək kifayətdir.
Stories-i dəyişmək və ya əvvəlkinə geri qayıtmaq üçün isə sağ və sol tərəflərdəki
oxlara klik etmək lazımdır. Tətbiqə əlavə edilmiş yeni filtlər, hava şəraiti ilə
əlaqəlidir. Bundan sonra istifadəçi öz emosiyalarını xoşbəxt günəş, kədərli
yağış buludu, hirsli şimşək və sərbəst günəş vasitəsilə əks etdirə biləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
