
Çində gənc oğlan, internet asılılığından əziyyət çəkənlər üçün olan düşərgəyə gələndən 2 gün sonra ölü tapılıb.
Məlumata əsasən vəfat etmiş gəncin bədənində bir çox travma
izləri aşkar edilib. Gəncin ölüm səbəbi isə məlum deyil. Sözügedən hadisə Çinin
Anxoy adlı vilayətində baş verib. Vəfat etmiş gəncin valideynləri qeyd ediblər
ki, o, sözügedən düşərgədə 2 gün idik, qalırdı. Onu həmin düşərgəyə göndərilməsinin
səbəbi isə valideynlərinin, onun internet asılılığından yaxa qurtarmasına kömək
edə bilməmələri idi. Gəncin ailəsinə onun ölüm haqqında xəbəri, düşərgənin administrasiyası verib. Düşərgə rəhbərliyinin verdiyi məlumata əsasən gənc, xəstəxanada
vəfat edib. “Mənim oğlumun bədənində travmalar var idi. Mən onu düşərgəyə göndərəndə
isə onun vəziyyəti normal idi. Mənim oğlum necə 48 saatdan sonra ölə bilər?” –deyə
gənc oğlanın anası bildirib. Polislər sözügedən düşərgənin direktorunu və 4 təlimçisini
həbs edib. Düşərgənin özü isə məsələnin tam şəkildə aydınlaşacağı vaxta kimi
bağlanıb.