main-post-cover

    İnternet istifadəçilərinin sayı rekord həddə çatıb

    Sosial Media
    28.01.2021
    Farid Pardashunas
        Sosial şəbəkələrin idarəsi üzrə platforma olan HootSuite-in tərtibatçıları hal hazırda mövcud olan internet istifadəçilərinin sayı barədə statistik məlumatlar veriblər. Məlumatlardakı göstəricilər həqiqətən də heyrətləndirirlər və bu ay üzrə olan statistikaya əsasən internet və sosial şəbəkə istifadəçilərinin sayı daha da artıb. Analitik hesabata əsasən keçən il bütün dünya üzrə smartfon istifadəçilərinin sayı 1.8% artaraq 5.22 milyard insan təşkil edib.  Bu isə Yer kürəsi əhaləsinin 66.6%-i deməkdir.
        Bununla belə internetdən istifadə edənlərin ümumi sayı 59.5% təşkil edir. Bundan əlavə olaraq son 12 ay ərzində sosial şəbəkə üzrə istifadə hesablarının sayı 490 milyon artıb. Hal hazırda bütün dünya üzrə 4.2 milyard istifadəçi hesabı mövcuddur. Bu isə Yer kürəsi əhaləsinin 53%-i deməkdir. Ortalama hər bir istifadəçi hərgün sosial şəbəkələrə 2 saat 25 dəqiqə vaxt ayırır. Maraqlısı ondadır ki, sosial şəbəkələrə daha az zaman ayıran (51 dəqiqə) insanlar Yaponiyada yaşayırlar.
        Sosial şəbəkələrdə daha çox zamn keçirdənlər arasında rekordu isə filippinlər tuturlar. Onlar gün ərzində 4 saat 15 dəqiqə sosial şəbəkələrə zaman ayırırlar. Analitiklərin məlumatlarına əsasən ümumilikdə orta statistik istifadəçilər mümkün olan bütün növ cihazlar vasitəsilə gün ərzində 7 saat internetdə zaman keçirdirlər. Bununla yanaşı rəqəmsal cihazlara sahib istifadəçilərin əksəriyyəti axtarış prosesində səsli əmrlərdən istifadə edir. Son 30 gün ərzində istifadəçilərin 45%-i məhz bu cür axtarış üsulundan istifadə edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər