
İnternetdə olan ən təhlükəli şəxsin adı açıqlandı
Sosial Media
22.09.2017
Emil
“McAfee” şirkətinin kibertəhlükə üzrə mütəxəssisləri, internetdə olan ən təhlükəli şəxsin adını açıqlayıblar.
Bu, 2013-cü ildən bəri yeni albom təqdim
etməyən kanadalı müğənni Avril Lavigne-dir. 2013-cü ildən yeni albom təqdim etməsə
də, onun adı ilə bağlı külli miqdarda zərərli kontent var. “McAfee” mütəxəssislərinin
analizləri nəticəsində məlum olub ki, məhz bu müğənninin adı ilə bağlı kontentlərə
hackerlər daha çox zərərli proqram təminatları yerləşdirirlər.

Beləliklə Avril
Lavigne, internetin ən zərərli kontentini yayan şəxs hesab edilir. Belə ki,
onun pulsuz MP3-lərinə edilmiş sorğularda, axtarış sistemləri, 22%-lik ehtimal
ilə istifadəçiləri, viruslu saytlara yönləndirir. Onun musiqilərinə qulaq asmaq
əvəzinə fotolarına baxan şəxslərin isə bu cür saytlara yöndərilməsi ehtimalı
14.5% təşkil edir. İlin ən zərərli şəxsləri siyahısına həmçinin Bruno Mars,
Justin Bieber, Zain Malik, Celine Dion, Katy Perry və Beyonce kimi müğənnilər də
düşüb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
