main-post-cover

    İnternetin ilk axtarış sistemi olan Archie, yenidən "həyata" qaytarılıb!

    Sosial Media
    20.05.2024
    Aslan Aslanov

         Google, süni intellekti axtarış sisteminə inteqrasiya etməyə davam edərkən, tarixin tozlu rəflərindəki başqa bir axtarış sistemi olan Archie, yenidən "həyata" qaytarılıb.

         Serial Port adlı bir kanal, demək olar ki, Archie-nin mövcud olan bütün son nüsxələrini tapmağı bacarıb. Onlar bu son nüsxələri tapmaqla yanaşı, hətta axtarış sistemini (archie.serialport.org) aktiv hala da gətirməyi bacarıblar. Alət, onilliklər əvvəl mövcud olan çoxsaylı serverlərlə müqayisədə hazırda yalnız bir serverə sahibdir, lakin istifadəçilər anonim FTP saytlarından təxminən 30.000 fayl tapıb yükləyə bilərlər.
        Əvvəlcə Alan Emtage tərəfindən 1989-cu ildə McGill Universitetində tələbə olarkən yaradılan Archie, əslində internetin ilk axtarış sistemlərindən biri hesab olunurdu. Məlum olduğu kimi, World Wide Web yaranmamışdan əvvəl internet, çox sayda istifadəçinin faylları əldə edə bildiyi FTP serverlərindən ibarət idi və bu da faylların və serverlərin dəqiq adlarını bilməyi tələb edirdi. Təbii ki, məzmunun sayı artdıqca nəsə tapmaq da getdikcə çətinləşirdi. Lakin ilk buraxılışından bir neçə ay sonra Archie o qədər populyarlaşdı ki, o, bütün dünyada bir neçə server arasında məlumat ötürən FTP istifadəçiləri üçün hər yerdə istifadə olunan alətə çevrildi. Ancaq 90-cı illərin ortalarından sonra, World Wide Web ilə birlikdə Alta Vista, Yahoo və Google kimi yeni nəsil axtarış sistemlərinin ortaya çıxması ilə Archie köhnəlməyə başladı. Beləliklə, Archie, istifadəçilər tərəfindən daha az istifadə edilməyə başladı və 1996-cı ildən sonra axtarış sistemi üçün bir daha yeniləmə dəstəyi təqdim olunmadı.
         Axtarış sisteminin yeniləmə dəstəyi 90-cı illərin sonlarında dayandırıldı və Emtage, Archie-ni Bunyip Information Systems-ə cəmi 9000 dollara satdıqdan sonra, 2003-cü ildə şirkət dağıldı. Bu məlumatdan da göründüyü kimi, Archie-ni həyata qaytarmaq inanılmaz dərəcədə çətin bir proses olub. Belə ki, komanda, hər yerdə araşdırma və axtarış etdikdən sonra, Archie-nin bilinən ən son kopyasını Varşava Universitetində tapa bilib. Serial Port, Archie-nin son çalışan versiyasını (3.5 beta) bərpa etməklə qalmayaraq, həm də axtarış sisteminin sənədlərini yayımlayıb və Sun SPARCstation 5-də real Archie serverini işə salmağı bacarıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər