main-post-cover

    iOS istifadəçiləri üçün Twitter Blue abunəliyi ayda 11$-a başa gələ bilər

    Sosial Media
    08.12.2022
    Emil Nəcəfov
        Twitter-in yeni sahibi olandan sonra Elon Musk bütün Twitter Blue abunəçilərindən ayda 8$ ödəniş tələb etməyi planlaşdırırdı. Lakin Musk-ın Apple CEO-su Tim Cook ilə görüşündən sonra onun bu məsələdə planları dəyişmiş ola bilər. Bəzi mənbələrin verdikləri məlumata əsasən iOS istifadəçiləri üçün Twitter Blue ayda 11$-a başa gələ bilər. Söhbət, Twitter Blue abunəliyinə birbaşa tətbiq daxilində qoşulmaq istəyən istifadəçilərdən gedir. Lakin kənar saytda sözügedən abunəliyi əldə edən zaman onlar 8$ ödəməli olacaqlar.
        Kənar sayt vasitəsilə Twitter Blue abunəliyinin əldə edilməsi özəlliyi sayəsində Twitter Apple şirkətinin App Store daxilində təyin etdiyi 15-30%-lik komissiyadan yan keçə bilər. Bunun üçün heç bir qadağa yoxdur. Lakin əgər istifadəçilər sosial şəbəkənin tətbiqi daxilində sözügedən abunəliyi əldə edirlərsə, deməli Twitter Apple şirkətinə komissiya ödəməlidir. Məlumatda qeyd edilib ki, kənar sayt vasitəsilə Twitter Blue abunəliyini əldə edəcək istifadəçilər üçün sosial şəbəkə aylıq ödənişi 7$ dəyərində təyin edəcək. Lakin sosial şəbəkənin tətbiqi daxilində bu abunəliyi əldə etmək istəyən iOS istifadəçilər aylıq 11$ ödəməli olacaqlar. Belə ki, onların ödəyəcəkləri vəsaitin müəyyən hissəsi məhz Apple şirkətinin 30%-lik komissiyasının təmin edilməsi üçün nəzərdə tutulacaq.
    Linki kopyala