iOS istifadəçilərin məlumatlarını daha çox yığan tətbiqlərin reytinqi tərtib olunub

iOS istifadəçilərin məlumatlarını daha çox yığan tətbiqlərin reytinqi tərtib olunub

Sosial Media
17.03.2021 PAYLAŞIM

    PCloud adlı analitik şirkət App Store-da olan tətbiqlərin konfidensiallıq siyasətlərini analiz edib. Beləliklə mütəxəssislər iOS üçün olan tətbiqlərin yığılan istifadəçi məlumatları və onların hansı miqdarda üçüncü tərəflərə ötürülməsi üzrə antireytinq tərtib ediblər. Tədqiqata əsasən tətbiqlərin tərtibatçılarını ən çox maraqlandıran istifadəçilərin daxil olduqları veb səhifələrin tarixçələri, istifadəçilərin yerləşdikləri yerlər, kontakt məlumatları, yaşları və fiziki sağlamlıq göstəriciləridir. Bununla belə istifadəçilərə kontekst reklamların təqdim olunması üçün bu və digər məlumatların 52%-i üçüncü tərəflərə ötürülür. Bu məsələdə antireytinqin ilk üç pilləsini Instagram, Facebook LinkedIn platformaları tutublar.


    Antireytinqə həmçinin Youtube TikTok da daxil olub. Məsələn Youtube videoservisi yığılmış məlumatların 42%-ni öz partnyorlarına ötürür. TikTok-da isə bu göstərici 36%-dir. Analitiklərin hesabatlarına əsasən tətbiqlərin 80%-i öz məhsullarını həm tətbiq həm də tətbiqdən kənarda təklif edilməsi üçün istifadəçilərin aktivliklərini izləyir. Məsələn istifadəçinin ad günü tarixini bilərək reklam verənlər həmin günə az qalmış öz məhsullarını və ya xidmətlərini təklif edirlər. Şirkət həmçinin istifadəçilərin az sayda məlumatlarını yığan və ümumiyyətlə onları üçüncü tərəflərə ötürməyən tətbiqlərin siyahısını da tərtib edib. Bura Skype, Telegram, Clubhouse, Netflix, Microsoft Teams, Signal, Shazam Google Classroom tətbiqləri daxildirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×