Logo
    main-post-cover

    iPhone istifadəçiləri TikTok hesablarına Touch ID və ya Face ID ilə daxil ola biləcəklər

    Sosial Media
    19.07.2023
        TikTok iPhone-larda öz platformasına yeni təhlükəsiz giriş üsulunu anons edib. Bundan sonra iOS istifadəçiləri TikTok hesablarına Touch ID və ya Face ID vasitəsilə daxil ola biləcəklər. Bu üsul çərçivəsində adi şifrənin daxil edilməsinə ehtiyac qalmadığı üçün istifadəçi hesablarının fişinq (phishing) kiberhücumu vasitəsilə oğurlanma cəhdləri mənasız olurlar. TikTok hesabına Touch ID və ya Face ID vasitəsilə daxil olmanı mümkün edən giriş açarı iCloud Keychain-də saxlanılır. Giriş açarının təyin olunması TikTok daxilindəkı ayarlar vasitəsil müvafiq funksiyanın aktivləşdirilməsi halında mümkün olur.
        Daha sonra istifadəçi ilkin avtorizasiyadan keçir və giriş açarı bulud yaddaşda saxlanılır. Giriş açarı tərəfindən istifadə edilən biometrik məlumatlar (barmaq izi və ya üz skanı) birbaşa cihazda qalırlar. Yəni bu halda TikTok administrasiyası istifadəçinin nə barmaq izi nə də üz skanı məlumatlarını əldə edə bilmir. TikTok hesabına Touch ID və ya Face ID ilə daxil olma funksiyası ilk növbədə Afrika, Asiya, Avstraliya və Cənubi Amerika istifadəçiləri üçün aktivləşdirilib. Müəyyən müddətdən sonra isə o, TikTok-un bütün istifadəçiləri üçün aktivləşəcək. Bununla yanaşı buna bənzər funksiya yaxın gələcəkdə TikTok-un həmçinin Android versiyasında da reallaşdırılacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone istifadəçiləri TikTok hesablarına Touch ID və ya Face ID ilə daxil ola biləcəklər | Technote