Logo
    main-post-cover

    İrlandiya TikTok və LinkedIn-i araşdırmağa başlayıb

    Sosial Media
    03.12.2025
        Technote.az "Engadget" platformasına istinadən bildirir ki, İrlandiyanın media tənzimləyicisi Coimisiun na Mean TikTok və LinkedIn platformalarının Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozub-pozmadığını araşdırmaq üçün rəsmi istintaqa başlayıb. Reuters məlumat verir ki, araşdırma əsasən hər iki platformadakı qanunsuz məzmunun bildirilməsi (illegal content reporting) funksiyalarının DSA tələblərinə cavab verib-verməməsi ilə bağlıdır.
    TikTok and LinkedIn to be investigated by Irish media regulator | Irish  Independent
        Regulyatorların ilkin təhlilinə görə, TikTok və LinkedIn-in şikayət etmə sistemlərində çaşdırıcı interfeys elementləri mövcuddur. Bu isə istifadəçilərin həqiqətən qanunsuz məzmunu bildirdiyini düşünməsinə baxmayaraq, əslində yalnız platformanın daxili qaydalarının pozulması ilə bağlı şikayət göndərmələrinə səbəb ola bilər. DSA-nın əsas tələblərindən biri istifadəçilərin qanunsuz məzmunu asan şəkildə bildirmək hüququ və platformaların bu prosesi şəffaf, anlaşılan və manipulyativ olmayan formada təqdim etməsidir.
        Əgər TikTok və ya LinkedIn DSA-nı pozmaqda günahkar bilinsə, İrlandiya bu şirkətləri illik qlobal gəlirlərinin 6 faizinə qədər cərimə edə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İrlandiya TikTok və LinkedIn-i araşdırmağa başlayıb | Technote