Logo
    main-post-cover

    İstifadəçilər köhnə loqolu Twitter-ə sahib smartfonlarını satışa çıxartmağa başlayıblar

    Sosial Media
    01.08.2023
        Elon Musk Twitter-in adını X-ə dəyişdikdən və sosial şəbəkənin əvvəlki loqosundan imtina etdikdən sonra bu mövzuda pul qazanmağa çalışan istifadəçilər ortaya çıxıblar. Belə ki, istifadəçilər köhnə loqolu Twitter-ə sahib smartfonlarını satmağa başlayıblar. Həmin smartfonlar üçün təyin edilmiş satış qiymətləri isə təəccübləndirir. Sosial platformanın yeni loqosu heç də hamının xoşuna gəlmir. Bəzi istifadəçilər düşünüblər ki, onlar bunun üzərindən əlavə pul qazana bilərlər. 2 gün bundan öncə eBay platformasında köhnə loqolu Twitter-ə sahib iPhone 11 Pro Max smartfonu 25 000$ qiymətində satışa çıxarılıb. Bu cür elanlar həmçinin X-in özündə də ortaya çıxırlar. Məsələn istifadəçilərdən biri köhnə loqolu Twitter-ə sahib iPhone 14 Pro-nu 2200$-a, digər istifadəçi isə iPhone 14 Pro Max-ı 4200$-a satmağa çalışıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İstifadəçilər köhnə loqolu Twitter-ə sahib smartfonlarını satışa çıxartmağa başlayıblar | Technote