Logo
    main-post-cover

    İstifadəçilər, WhatsApp vasitəsilə digər şəxslərə pul göndərə biləcəklər

    Sosial Media
    10.08.2017
    Emil

    Bu funksiya, WhatsApp-ın Android versiyası üçün nəzərdə tutulmuş versiyasının betasında aşkar edilib.

    Messencerin həmtəsisçisi bir neçə müddət bundan öncə bildirmişdi ki, şirkət, WhatsApp-a ödəniş sistemini əlavə etməyi planlaşdırır. Beləliklə WhatsApp-a yaxın müddət ərzində Payments adlı yeni funksiya əlavə olunacaq. Bu funskiya vasitəsilə istifadəçilər, birbaşa messencerin köməyilə pul göndərə və ya əldə edə biləcəklər. Pul köçürmələri isə UPI adlı ümumi bank ödəniş sistemi vasitəsilə reallaşdırılacaq. Hələki bu funksiyanın hansı ölkələrdə aktiv olacağı və WhatsApp-ın, həmin pul köçürmələrindən faiz çıxacağı barədə məlumatlar yoxdur. WhatsApp-a pul köçürmələri funksiyasının əlavə olunması xəbəri hələ bu ilin Aprel ayında yayılmışdı. Həmin vaxtda şirkət saytında rəqəmsal tranzaksiyalar üzrə mütəxəssis vakansiyası peyda olmuşdu.
     
    Paylaş
    Bənzər xəbərlər