main-post-cover

    İstifadəçiləri Whatsapp-dakı qrup audio və videozənglərinə linklər vasitəsilə dəvət etmək mümkün olacaq

    Sosial Media
    27.09.2022
    Emil Nəcəfov
        Whatsapp üçün Call Links adlı yeni funksiya anons olunub. Sözügedən funksiya istifadəçiləri linklər vasitəsilə Whatsapp-dakı qrup audio və videozənglərinə dəvət etmək imkanını verəcək. Buna bənzər funksiya artıq Zoom Google Meet tətbiqlərində mövcuddur. Anons olunmuş bu yeni funksiya hələ ki, hamı üçün aktiv deyil. Lakin ondan istifadə imkanı artıq bu həftə mümkün olmalıdır. Beləliklə Whatsapp istifadəçisi xüsusi yaradılmış linki öz dostlarına və ya ailə üzvlərinə göndərə biləcək. Linki qəbul etmiş şəxslər isə onun vasitəsilə messencer daxilindəki qrup audio və videozənginə qoşulmaq imkanına sahib olacaqlar.
        Bunun üçün sadəcə olaraq əldə edilmiş linkə keçid etmək kifayət edəcək. Linki yaratmaq üçün istifadəçi zənglər bölməsinə daxil olaraq “Create Call Link” düyməsinə klikləməli olacaq. Qeyd etmək lazımdır ki, bu imkandan faydalanmaq üçün istifadəçi Whatsapp-ın ən son versiyasına sahib olmalıdır. Yaradılmış link digərlərini həm audio həm də videozəngə yönləndirə bilər. Cihazlarında Whatsapp messencerinin olmadığı istifadəçilərin bu cür linklər vasitəsilə messencer daxilində audio və ya videozənglərə qoşula bilib-bilməyəcəkləri barəsində bir məlumat yoxdur. 
    Linki kopyala