main-post-cover

    İstifadəçilərin Whatsapp-dan ayrılmaları?: Telegram ABŞ-da ən çox yüklənən ikinci tətbiq olub

    Sosial Media
    13.01.2021
    Farid Pardashunas
        Telegram messenceri yüklənmə sayına görə ABŞ-da ikinci tətbiq olub. Bu barədə The Telegraph xəbər verib. Məlumata əsasən 6 yanvar tarixindən bugünə kimi Telegram 545.000 dəfə yüklənib. Bu isə 6 yanvardan 1 həftə öncəki göstəricidən 3 dəfə çoxdur. Messenceri əsasən Donald Trump-ın Twitter hesabının bloklanmasından və Apple ilə Google şirkətlərinin öz online platformalarından Parler sosial şəbəkəsinin tətbiqlərini silmələrindən sonra aktiv şəkildə yükləməyə başlayıblar. Telegram-ın yüklənmə sayının yüksəlməsinə həmçinin Whatsapp-dakı konfidensiallıq siyasəti üzrə dəyişikliklər də stimullaşdıra bilər.
        Qeyd etmək lazımdır ki, 8 fevraldan başlayaraq Whatsapp istifadəçilərinin bir sıra məlumatları avtomatik şəkildə Facebook-a ötürüləcək. Heç istisna deyil ki, bu cür qərardan narazı olan Whatsapp istifadəçiləri kütləvi şəkildə Telegram-a keçid edirlər. Telegram-ın yaradıcısı olan Pavel Durov öz növbəsində Whatsapp-ın yeni konfidensiallıq siyasətini sərt şəkildə tənqid edib və bildirib ki, Parler tətbiqinin bloklanmasının fonunda onun komandası Safari brauzeri üçün Telegram messencerinin veb versiyasını hazırlayır. Əgər Apple şirkəti App Store-da Telegram tətbiqini bloklasa iOS istifadəçiləri veb versiyadan istifadə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər