İtaliya hökuməti Facebook'u 10 milyon avro dəyərində cərimələyib: Səbəb nədir?

İtaliya hökuməti Facebook'u 10 milyon avro dəyərində cərimələyib: Səbəb nədir?

Sosial Media
10.12.2018 PAYLAŞIM

    İtaliyanın The Local saytının verdiyi məlumata görə İtaliya hökuməti Facebook şirkətinin istifadəçilərinin icazəsi olmadan onların məlumatlarını öz müştərilərinə satması səbəbilə şirkəti cərimələyib. Məlumata əsasən cərimənin məbləği 10 milyon avro təşkil edə bilər. Bundan əlavə olaraq sosial şəbəkə istifadəçilərin öz məlumatlarının istifadə edilməsinə qarşı əlavə tədbirlərin görülməsi baxımdan yayındırılması üzrə də günahlandırılır. Bu qaydaların pozulmasına görə Facebook şirkətini əlavə iki cərimə qərarı gözləyir və onların da məbləğləri ümumilikdə 10 milyon avro təşkil edə bilər.

    İtaliya hökumətinin hüquq mühafizə təşkilatının təmsilçilərinin sözlərinə görə Facebook şirkəti qeydiyyat zamanı istifadəçilərdən vacib məlumatları tələb edir. Bununla yanaşı şirkət istfadəçilərə həmin məlumatların gələcəkdə kommersiya məqsədli istifadəsi barədə xəbər vermir. Təyin olunmuş cərimələrdən əlavə olaraq hüquq mühafizə təşkilatının təmsilçiləri tələb ediblər ki, şirkət ictimai şəkildə bu barədə istifadəçilərdən üzr istəməlidir. Facebook-un mətbuat xidməti isə cavab olaraq bildirib ki, şirkət hal hazırda bu problemin həll edilməsi üçün bir neçə qərarı gözdən keçirdir.

Bənzər xəbər


    “Biz birgə səylər ilə onları (hökuməti və hüquq mühafizəçilərini) narahat edən problemlərin həll yollarını tapmağa çalışırıq. Biz bu il öz konfidensiallıq siyasətimizə yenidən nəzər saldıq və şərtləri daha şəffaf etdik. Beləliklə istifadəçilərin öz məlumatlarından necə istifadə edildiyini və bu biznesin necə çalışdığını anlamaları daha asan oldu. Biz həmçinin konfidensiallıq ayarlarını da sadələşdirdik. İstifadəçilər artıq onları rahatlıqla tapa və onlardan istifadə edə bilərlər. Hal hazırda biz onları təkmilləşdirmək ilə məşğuluq. Sizin Facebook-dakı məlumatlarınız yalnız sizlərə məxsusdur və onlardan yalnız siz istifadə edə bilərsiniz” – deyə Facebook şirkətinin mətbuat xidməti bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


1000 nəfərin iştirakı ilə canlı yayım: Telegram-a böyük yenilənmə gəlib..

Telegram 7.9 beta versiyasının istifadəyə verilməsindən bir neçə gün sonra onun stabil versiyası büt..


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..

×