Jeff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracaq

Jeff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracaq

Sosial Media
18.02.2020 PAYLAŞIM

    Amazon şirkətinin yaradıcısı Jeff Bezos öz Instagram səhifəsində Bezos Earth Fund adlı fondun yaradılmasını elan etdi. Sözügedən fond iqlim dəyişikliyi ilə mübarizə aparan alimlərin, aktivistlərin və qeyri kommersiya təşkilatlarının layihələrini maliyyələşdirəcək. Bu barədə Vc.ru saytı xəbər verib. Məlumata əsasən Bezos ilkin mərhələdə fonda 10 milyard dollar investisiya yatıracaq. İqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutulmuş layihələrə qrantların verilməsi isə bu ilin yay fəslindən start götürəcək.

    Layihə ilə bağlı digər təfərrüatlar məlum deyil. Forbes-un məlumatına əsasən 17 fevral tarixinə olan göstəriciyə görə Bezos-un sərvəti 129.9 milyard dollar təşkil edir. Bu göstərici ilə o, dünyanın ən varlı şəxsləri reytinqində birinci yeri tutur. Qeyd etmək lazımdır ki, 2019-cu ilin sentyabr ayında Amazon şirkəti elektrikləşdirilmiş yük maşınlarının hazırlanması ilə məşğul olan Rivian şirkətindən 100.000 ədəd elektrikli yük maşını sifariş etmişdi. Həmin yük maşınları artıq gələn il yola çıxacaqlar. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram növbəti böyük yenilənməni əldə edib

Telegram növbəti böyük yenilənməni əldə edib. Beləliklə Telegram-ın yeni versiyasında reallaşdırılmı..


Instagram azyaşlı istifadəçilərin təhlükəsizlik tədbirlərini daha da sərtləşdirə..

Instagram fotoservisin azyaşlı istifadəçiləri üçün təqdim edilən kontentlər üzərində idarənin sərtlə..


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.

×