main-post-cover

    Jeff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracaq

    Sosial Media
    18.02.2020
    Emil Nəcəfov
        Amazon şirkətinin yaradıcısı Jeff Bezos öz Instagram səhifəsində Bezos Earth Fund adlı fondun yaradılmasını elan etdi. Sözügedən fond iqlim dəyişikliyi ilə mübarizə aparan alimlərin, aktivistlərin və qeyri kommersiya təşkilatlarının layihələrini maliyyələşdirəcək. Bu barədə Vc.ru saytı xəbər verib. Məlumata əsasən Bezos ilkin mərhələdə fonda 10 milyard dollar investisiya yatıracaq. İqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutulmuş layihələrə qrantların verilməsi isə bu ilin yay fəslindən start götürəcək.
        Layihə ilə bağlı digər təfərrüatlar məlum deyil. Forbes-un məlumatına əsasən 17 fevral tarixinə olan göstəriciyə görə Bezos-un sərvəti 129.9 milyard dollar təşkil edir. Bu göstərici ilə o, dünyanın ən varlı şəxsləri reytinqində birinci yeri tutur. Qeyd etmək lazımdır ki, 2019-cu ilin sentyabr ayında Amazon şirkəti elektrikləşdirilmiş yük maşınlarının hazırlanması ilə məşğul olan Rivian şirkətindən 100.000 ədəd elektrikli yük maşını sifariş etmişdi. Həmin yük maşınları artıq gələn il yola çıxacaqlar. 
    Linki kopyala