
Amazon şirkətinin yaradıcısı Jeff Bezos 15 dəqiqəyə öz sərvətini 13.2 milyard dollar yüksəldib. Bu barədə Bloomberg saytı xəbər verib. Bu, 30 yanvar tarixində Amazon şirkətinin səhmlərinin qiymətlərinin 12% yüksəlməsi səbəbilə baş verib. Şirkətin səhmlərinin qiymətlərinin yüksəlməsi isə Amazon-un uğurlu rüb göstəriciləri ilə əlaqəlidir. Nəticədə həmin göstəricilər analitiklərin ilkin proqnozlarını geridə qoyublar.
Beləliklə şirkət 87.4 milyard dollar gəlir əldə etidyini bəyan edib. Jeff Bezos-un sərvəti bu halda 129.5 milyard dollara yüksəlib. Qeyd etmək lazımdır ki, o, Amazon-un 12%-nə sahibdir. Eyni vəziyyət həmçinin Elon Musk-la da baş verib. Belə ki, Tesla şirkətinin uğurlu rüb göstəriciləri analitiklərin gözləntilərindən çox yüksək oldu. Nəticədə Tesla şirkətinin səhmlərinin qiymətləri yüksəldi və Elon Musk-ın sərvəti 2 milyard dollar artdı.
Şərh yoxdur