
“Microsoft” şirkətinin təsisçisi Bill Gates, dünyanın ən varlı adamları siyahısında yenidən birinci yerdə qərarlaşdı.
Qeyd etmək lazımdır ki, dünən, “Amazon”un təsisçisi Jeff Bezos bir günlük bu siyahıda birinci yeri tutmuşdu. Forbes-un məlumatlarına əsasən 28 İyul tarixində Bill Gates-in var-dövləti 89.8 milyard dollar, Jeff Bezos-un var-dövləti isə 88.7 milyard dollar təşkil etdi. Nəzərinizə çatdıraq ki, dünənki gündə Bezos-un həmin siyahıda birinci yeri tutmasının səbəbi, “Amazon” şirkətinin səhm qiymətlərinin 1.6% qalxması olmuşdu. Lakin bugün şirkətin səhm qiymətləri 0.6% aşağı düşdü. Nəticədə Bill Gates həmin siyahıda yenidən birinci yerdə qərarlaşdı.
Şərh yoxdur