Logo
    main-post-cover

    Kanadada TikTok-un fəaliyyətinin dayandırılması əmri verilib

    Sosial Media
    07.11.2024
    Emil
         Kanada TikTok-a ölkədə fəaliyyət göstərilməsinin dayandırılması əmrini verib. Səbəb isə TikTok və onun sahibi olan ByteDance şirkəti tərəfindən ölkənin milli təhlükəsizliyinə olan risklərlə bağlıdır. Kanada TikTok tətbiqini tam şəkildə qadağan etməsə də, bu məşhur media platforma ölkədəki biznesini dayandırmalıdır. Kanadanın innovasiyalar naziri François-Philippe Champagne bildirib ki, ölkənin bu qərarı təhlükəsizlik orqanlarının yoxlanışları və məsləhətləri zamanı əldə edilmiş sübutlara əsaslanır. Bu qərar milli təhlükəsizliyin çoxmərhələli yoxlanış prosesinin nəticəsi olub.
         Qeyd etmək lazımdır ki, Kanada daha öncə hökumət orqanlarının cihazlarında TikTok-dan istifadəni qadağan etmişdi. Qeyd etmək lazımdır ki, bu qərar TikTok-un ABŞ-da qadağan olunması riskinin fonunda qəbul edilib. Belə ki, ABŞ hökumətinin fikrincə TikTok və onun sahibi olan ByteDance şirkəti birbaşa Çin hökuməti ilə əməkdaşlıq edir. Bu isə öz növbəsində ölkənin milli təhlükəsizliyi üçün böyük risk xarakterini daşıyır. TikTok öz növbəsində bildirib ki, o, Kanada hökuməti tərəfindən verilmiş əmrin ləğv olunması üçün apellyasiya məhkəməsinə müraciət edəcək. Belə ki, ölkədə ofislərin bağlanması ilə iş yerlərinin itirilməsi həm TikTok-a həm də Kanadanın biznes mühitinə sərf etmir.
    Paylaş