main-post-cover

    Kənar tətbiqlər vasitəsilə canlı yayımlar: Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

    Sosial Media
    13.03.2022
    Farid Pardashunas
        Telegram tərtibatçıları messencer üçün böyük yenilənmə təqdim etdiklərini elan ediblər. Messencerin əldə etdiyi yeniliklər arasında yaxşılaşdırılmış yükləmələr meneceri, yenilənmiş interfeys və messencer üzərindən təkmilləşdirilmş canlı yayım var. Beləliklə yenilənmiş yükləmələr meneceri sayəsində istifadəçilər öz aralarında 2 GB-a kimi istənilən faylların mübadiləsini reallaşdıra biləcəklər. Bundan əlavə olaraq tərtibatçılar messencerə yükləmələr bölməsini əlavə ediblər. Onun sayəsində istifadəçilər Telegram-dakı bütün yükləmələrin tarixçələrini və real zaman ərzində baş verən yükləmələrin proseslərini izləyə biləcəklər.
        Messencerdə reallaşdırılmış daha bir vacib yenilik yerləşdirmə bölməsinin əlavəsidir. Belə ki, istifadəçi öz dostlarına fotoların göndərilməsi zamanı onun vasitəsilə fotoların sıralanmasını və göndərilmənin vizual görüntüsünü izləyə biləcək. Bundan əlavə olaraq daha rahat baxış üçün göndərilən fotoların yerlərini dəyişmək də mümkündür. Bütün bunlardan əlavə olaraq messencerə təkmilləşdirilmiş canlı yayımlar da əlavə edilib. Bundan sonra istifadəçi OBS Xsplit Broadcaster kimi kənar tətbiqlər vasitəsilə messencer üzərindən canlı yayımları reallaşdıra biləcəklər. Bunun üçün istifadəçi videoçat yaratmalı və daha sonra “Start With” düyməsinə klikləyərək lazımi canlı yayım tətbiqini seçməlidir. Bütün bu yeniliklər artıq Telegram-ın Android iOS versiyalarında aktivdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər