'Kontakt Home'da pulsuz kofe için və 2400 AZN-lik hədiyyə qazanın

'Kontakt Home'da pulsuz kofe için və 2400 AZN-lik hədiyyə qazanın

Sosyal Medya
23.01.2020 PAYLAŞIM

    Pulunuz cibinizdə qalsın, 30 yanvara kimi isti kofe üçün kofeşoplara baş çəkməyə ehtiyac qalmadı. Bəxtiniz üzünüzə gülsə, hətta ömürlük kofeyə pul xərcləməli olmayacaqsınız. Əgər gülməsə, “Kontakt Home”un üzünüzü güldürəcək bir yeniliyi daha var. 5 dəqiqə ərzində zövqünüzü oxşayacaq və görən kimi dostlarınızla paylaşmaq istəyəcəyiniz fərqli portretə sahib olacaqsınız.

    İstər işə gedəndə, istər nahar fasiləsində, istərsə də işdən qayıdanda kofenizi “Kontakt Home”un Sahil, İnşaatçılar və ya Azadlıq metrosu mağazalarından birində pulsuz içə bilərsiniz.

    Hər kəs tərəfindən isti qarşılanan bu kampaniyanın şərtləri də olduqca sadədir.

    Deməli, 2400 AZN-lik Delonghi kofebişirəni qazanmaq üçün:

- 18-30 Yanvar tarixlərində, saat 12:00-dan 21:00-a qədər Sahil, İnşaatçılar və ya Azadlıq metrosu mağazalarından birinə gəlirsiniz;
- Sevdiyiniz kofeni ödənişsiz sifariş edib, içirsiniz, indidən nuş olsun deyək :) Bu zaman rəssamlar sizin şəklinizi stəkanın üzərinə çəkəcəklər;
- Rəssam toxunuşlarının yaratdığı gözəl portretin yer aldığı stəkanla Delonghi zonasında şəkil çəkdirirsiniz;

- Bu şəkli hər kəsə açıq şəkildə öz Facebook səhifənizdə paylaşırsınız;

- Hər iki səhifəni (De’Longhi AzerbaijanKontakt Home) izləyirsiniz (follow);

- Bu postun şərh hissəsində “İştirak edirəm” yazırsınız.

- Müsabiqədə son iştirak tarixi: 30 Yanvar, saat 21:00-a qədər.

    Qalib gəlmə şansınızı artıracaq bir neçə ipucunu da sizinlə bölüşmək istəyirik: 

1. Bütün şərtləri düzgün yerinə yetirən iştirakçılar müsabiqədə iştirak etmiş sayılacaq. Mağazadakı əməkdaşlar post paylaşmağınızda sizə yardımçı olacaqlar.

2. Müsabiqədə yalnız 16 yaşına çatmış şəxslər iştirak edə bilər.

3. Müsabiqə üçün hazırlanmış mətn və foto daha sonra şirkətimizin rəsmi səhifələrində istifadə oluna və ya reklam edilə bilər.

4. Hədiyyənin qalibə verilməsi prosesi Kontakt Home mağazalarının birində həyata keçiriləcəkdir.

5. Müsabiqə Facebook tərəfindən idarə olunmur, maliyyələşdirilmir və onunla bağlılığı yoxdur.

6. Müsabiqədə 1 nəfər qalib seçiləcək. Qalibin kimliyi xüsusi proqram vasitəsi ilə təsadüf prinsipi əsasında müəyyənləşdiriləcək.
Qeyd: Qalib 10 fevral tarixinədək “Kontakt Home”un sosial media səhifələrində elan olunacaq.

    Sizə ən yaxın “Kontakt home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar..

Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda i..


Azercell transformasiya ilinin nəticələrini açıqladı

2019-cu ilin hesabat konfransında lider mobil operator texnoloji uğurları və gələcək perspektivləri ..


Növbəti məhkəmə iddiası: Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır..

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb...


Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

Azercell Telekom Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir ..


Jeff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracaq..

Amazon şirkətinin yaradıcısı Jeff Bezos öz Instagram səhifəsində Bezos Earth Fund adlı fondun yaradı..


Azərbaycanda ilk dəfə 'Young Lions' Beynəlxalq Yaradıcılıq Müsabiqəsi baş tutaca..

“Cannes Lions” dünyanın ən prestijli yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il..