Kontakt Home koronavirus əleyhinə bütün təhlükəsizlik tədbirlərini görüb

Kontakt Home koronavirus əleyhinə bütün təhlükəsizlik tədbirlərini görüb

Sosyal Medya
17.03.2020 PAYLAŞIM

    Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Kontakt Home Nazirlər Kabineti yanında Operativ Qərargahının tövsiyələrini əsas tutaraq bütün təhlükəsizlik tədbirlərini görüb.

    Bununla əlaqədar şəbəkənin bütün mağaza və inzibati binalarında, həmçinin əməkdaşlıq etdiyi servis mərkəzlərində virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri tamamlanıb. Dezinfeksiya işlərini xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirib və Kontakt Home-a müvafiq sertifikat təqdim olunub.

    Qeyd edək ki, aparılan dezinfeksiya tədbiri ərazini ən az 14 gün qoruyur və bu tədbirlər virus təhlükəsi olduğu müddətdə mütəmadi olaraq həyata keçiriləcək. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

    Virusun profilaktikası ilə bağlı Operativ Qərargahın göstərişlərinə əsasən, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

    Son olaraq qeyd edək ki, yaranmış vəziyyətlə bağlı şəbəkənin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur. Eyni zamanda onlayn sifarişlərə tələbatın artdığını nəzərə alaraq, www.kontakt.az saytı da 7/24 fəaliyyətini davam etdirir.

    Çağrı Mərkəzi: *6060



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik n..

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar..


Pulsuz çatdırılma vasitəsi ilə Kontakt Home-u evinizə gətirin!

“Bayramda alaram”, “Bayramda gedib seçərik”, “Bayram gəlsin rahat-rahat fikirləşərik” deyənlər, sizi..


Instagram Dırect-ə online olan istifadəçiləri görmə imkanını verəcək yeni funksi..

Mobil tətbiqlər üzrə mütəxəssis və insayder olan Jane Manchun Wong bildirib ki, Instagram fotoservis..


Azercell fədakar tibb işçilərini dəstəklədi

Mobil operator koronavirusla mübarizə aparan həkim və tibb işçilərinin balansını artırdı


Messenger ilə 1 mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq

Facebook, Messenger-də artıq istifadəçilərin 1 mesajı 5-dən çox insana göndərilməsinə qadağa qoyacaq..


Youtube videoservisi öz videolarının keyfiyyətlərini bütün dünyada aşağı saldı..

Avropa Birliyininin koronavirus səbəbilə qlobal şəbəkəyə olan yüklənmənin aşağı salınmasının vacibli..