Kontakt Home yeni sevindirən loqosunu təqdim etdi

Kontakt Home yeni sevindirən loqosunu təqdim etdi

Sosial Media
16.06.2020 PAYLAŞIM

    Kontakt Home yeni loqosunu və “Sevindirir” sloqanını təqdim edib. Yenilənməyə əsas səbəb brendin bütün fəlsəfəsinin sevinc, dostluq və xoş əhval-ruhiyyə yaratmaq üzərində qurulduğunu, həmçinin fəaliyyətdə olduğu illər ərzində hər parametr üzrə bir üst səviyyəyə çıxdığını, məhsul və xidmət şəbəkəsini genişləndirdiyini çatdırmaqdır. Yeniliklər brend ideologiyasını daha aydın ifadə edir və əsas fokusunun müştəri məmnuniyyətinə yönəldiyini vurğulayır. Təbəssüm və xoş emosiya dolu bu loqonun məhz pandemiyanın insanların əhvalına mənfi təsir etdiyi bu ərəfədə təqdim olunması xüsusilə təqdirəlayiqdir.

    Bəs yeni loqo nələri ifadə edir?


    Kontakt Home mağazalar şəbəkəsinin PR meneceri Vəfa Rüstəmova yeni loqonun izahını belə verib:

- İllərdir ki müştərilərimizə sevdikləri məhsul və xidmətləri əlçatan edirik. Sevdikləri və ehtiyac duyduqları məhsulları əldə etmək onlara sevinc, xoşbəxtlik, xoş əhval-ruhiyyə bəxş edir. İndiki əsas fokusumuz müştərilərimizə məhz o sevinci yaşatmaq, xoş anlarına şahidlik etməkdir. Loqoda əks olunan təbəssüm elementi ;) də bunu ifadə edir.

- I < Kontakt sözünün baş hərfini bildirir. Gördüyünüz kimi, əvvəlki loqomuzdakı “ev” elementini və “Home” hissəciyini yenilənmiş dizayna daşımamışıq. Xidmət spektrinin növbəti illərdə daha da genişlənəcəyini nəzərə alaraq “Home” sözü ayrılaraq “Kontakt” brendinin bir konsepti olaraq saxladıq. Hazırda “Kontakt Home” və “Kontakt Smart” adlı konsept mağazalarımız fəaliyyət göstərir. I < bu element həm də, müştərilərimizə olan doğma, dostyana münasibətimizi bildirir.

- Ümumilikdə təbəssüm ;) elementi (emojisi) rəqəmsal platformadan gəldiyi üçün brendin rəqəmsal dünyaya bağlılığını, başqa sözlə, müasirliyini ifadə edir”.

    Qeyd edək ki, yeni korporativ dizayn artıq bir neçə platformada tətbiq olunmağa başlayıb və tədricən brendin bütün xarici və daxili kommunikasiyalarında tətbiq olunacaq. Artıq “Xalqlar” və “Bakıxanov-2” mağazaları yenilənmiş stildə müştərilərin xidmətinə verilib. Şirkətdən həmçinin yaxın zamanda daha 2 mağazanın istifadəyə veriləcəyi bildirilib. Yeni mağazalar Bakı şəhəri, Ukrayna dairəsi yaxınlığında və Sumqayıt şəhəri 10-cu mikrorayon ünvanlarında açılacaq.

    Kontakt hazırda dünyanın 30-dan çox aparıcı brendinin ölkəmizdəki rəsmi tərəfdaşı və distribyütorudur. Yaxın zamanda daha bir neçə nüfuzlu brend bu siyahıya əlavə olunacağını elan edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..


Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir

Sosial media nəhəngi olan Facebook-a könhə xəbərlərlə bağlı yeni bir bildiriş funksiyası gəlir. ..


Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər: Səbəb nədir?..

Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan..


Youtube tətbiqində 15 saniyəlik videoların çəkilişi test olunur: Adi Stories-dən..

Youtube videoservisi öz mobil tətbiqi vaitəsilə 15 saniyəlik videoların çəkilməsi funksiyasını test ..

×