main-post-cover

    Koronavirus səbəbilə Facebook şirkəti F8 tədbirinin keçirilməsini ləğv etdi

    Sosial Media
    28.02.2020
    Farid Pardashunas
        GSMA şirkəti bu ayın ortasında COVID-19 koronavirusu səbəbilə MWC 2020 sərgisini ləğv etdi. Lakin sözügedən virus səbəbilə ləğv edilmiş tədbirlər arasında təkcə MWC deyil. Belə ki, Facebook şirkəti koronavirus səbəbilə F8 adlı texnoloji tədbirin keçirilməsini ləğv etdi. Şirkət həmin tədbirdə öz yeni məhsullarını təqdim etməyi planlaşdırırdı. Bu barədə Engadget saytı xəbər verib. Tədbirin ləğv edilməsinə baxmayaraq şirkətin B planı var.
        Şirkət qeyd edib ki, günü-gündən artan koronavirus riski səbəbilə o, ictimai tədbir formatından imtina edib. Qeyd etmək lazımdır ki, tədbirin keçirilməsi 5-6 may tarixlərinə planlaşdırılırdı. Bunun yerinə şirkət öz yeni məhsullarını online yayım formatında təqdim edəcək. Keçiriləcək veb konfransların siyahısı və onların keçirilmə tarixləri barəsində məlumatlar daha sonra veriləcək. Koronavirus ilə baş verən hadisələr səbəbilə yaz fəslində Google I/O Microsoft Build tədbirlərinin keçirilməsi də sual altında qalır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər