main-post-cover

    Koronavirusla bağlı fake xəbərlərlə mübarizə üçün Whatsapp-da yeni funksiya istifadəyə veriləcək

    Sosial Media
    24.03.2020
    Farid Pardashunas
        Koronavirus barəsində olan çoxlu mesajlara cavab olaraq Whatsapp messenceri bu virusla bağlı dezinformasiya ilə mübarizə məsələsində Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə online layihə işə salıb. Belə ki, messencer tərtibatçıları göndərilmiş mesajların monitorinqi funksiyasını Whatsapp-a inteqrasiya ediblər. Bu barədə Techradar saytı xəbər verib. Yeni funksiya hələ ki, beta-test mərhələsindən keçir və indiki zamanda çox adam üçün aktiv deyil.
        Sözügedən funksiya vasitəsilə istifadəçilər eyni və ya oşar mətnlərə sahib mesajları internetdə tapa, onların ilkin mənbələrini və məlumatın ilk öncə hansı kontekstdə təqdim edilməsini araşdıra bilərlər. Qeyd etmək lazımdır ki, Facebook, Twitter və digər platformalar da bu cür servisi artıq istifadəyə veriblər. Bununla yanaşı moderatorlar bəzi hallarda fake məlumatları yayan istifadəçi hesablarına qarşı sanksiyalar da tətbiq edə bilərlər. Sözügedən funksiyaya sahib Whatsapp yenilənməsinin qlobal versiyasının nə zaman təqdim olunacağı bilinmir. Lakin tərtibatçılar qeyd ediblər ki, bu, yaxın gələcəkdə baş verməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər